“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin Uşaq hüquqları ilə bağlı Video-müraciəti BMT-də nümayiş etdirildi

Bu gün BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə davam edən 58-ci sessiyasının növbəti plenar iclas zamanı keçirilən ümumi debatlarda BMT-nin ECOSOC Xüsusi Müşahidəçisi statusuna malik “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü Nigar İskəndərovanın videomüraciəti nümayiş etdirilmişdir. Videomüraciətinin tam mətnini nəzərinizə çatdırırıq.“Hörmətli nümayəndələr, kolleqalar,Uşaqların erkən inkişaf dövrü uşağın gələcəyinin əsasını təşkil edir. Uşaqlara investisiya yalnız milli prioritet deyil, cəmiyyətlərin tərəqqisini müəyyən edən qlobal imperativdir. Azərbaycanda QHT-lər xüsusilə həssas uşaqlar üçün keyfiyyətli erkən inkişaf dövrü proqramlarına çıxışın təmin edilməsində mühüm rol oynayır. Onların səyləri, mənşəyindən asılı olmayaraq, hər bir uşağın inkişaf edə bilməsini təmin etmək üçün Dayanıqlı İnkişaf Məqsədləri kimi qlobal prinsiplərə uyğundur.Ümumiyyətlə, müharibənin uşaqlara faciəvi təsirini etiraf etməliyik. 2020-ci ildə 44 günlük Qarabağ müharibəsi zamanı Ermənistanın hücumları nəticəsində 12 uşaq həlak olub. Bundan əlavə, müharibə nəticəsində çoxlu uşaq yaralanıb və psixoloji travma alıb.Hökumətlər, QHT-lər və beynəlxalq qurumlar arasında tərəfdaşlığı gücləndirməklə, hətta böhran zamanlarında uşaqları qoruyan davamlı sistemlər qura bilərik. Gəlin bu gün hər bir uşağın, xüsusən də münaqişədən əziyyət çəkən uşaqların layiq olduqları qayğı və dəstəyini almasının təmin etmək öhdəliyini hamılıqla götürək.Təşəkkür edirəm.”