QHT nümayəndəsinin Ermənistandan qovulan azərbaycanlılarla bağlı BMT İnsan hüquqları Şurasında videomesaj formatında çıxışı yayımlanmışdır

BMT-nin İnsan Hüquqları Şurasının İsveçrənin Cenevrə şəhərində keçirilən 57-cü sessiyasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin nümayəndəsi Vüsal Məmmədzadənin Plenar Sessiya zamanı videomesaj formatında çıxışı yayımlanmışdır.

Yerli Xalqların hüquqlarına dair panel müzakirələri zamanı Vüsal Məmmədzadə Ermənistandan qovulan azərbaycanlılarla bağlı çıxışı zamanı qeyd etmişdir ki, “20-ci əsrdə Ermənistandan qovulmuş etnik azərbaycanlı əhali  etnik ədavət zəminində zorakılığa məruz qalaraq nəinki evlərini, həm də irsini və əcdadlarının məzarlarını  tərk etməyə məcbur edilmişlər. Bu isə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və BMT-nin digər mexanizmlərində təsbit edilmiş və bütün şəxslərin öz dogma yurdlarında sülh və ləyaqət içində yaşamaq kimi ayrılmaz hüququnu müdafiə edən prinsiplərə ziddir. Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarında bügün də olmaması böyük ədalətsizlikdir və bundan sonra da göz ardı edilə bilməz”.

Çıxışın tam versiyası ilə aşağıdakı Youtube linkdə tanış ola bilərsiniz: