Nifrətə qarşı müzaribə üzrə layihə başa çatmışdır

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2024-cü il üzrə kiçik qrant müsabiqəsi çərçivəsində   “Nifrətlə Mübarizə” beynəlxalq işçi qrupunun yaradılması təşəbbüsü” layihəsini başa çatdırmışdır. Layihənin əsas məqsədi dünyada azərbaycanafobiya və islamofobiya hallarını nəzərə alaraq, nifrət nitqləri və nifrət cinayətləri ilə mübarizədir.

Carı ilin avqust ayının 23-də “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli Şərqi Avropa Vətəndaş Təhsili Şəbəkəsi təşkili ilə və “Yaşlıların təhslili” İctimai Birliyinin sədri Azər Ramazanovun da iştirak etdiyi “Nifrət nitqinə qarşı mübarizə” adlı onalyn hibrid tədbir vistəsilə eyniadlı işçi qrupuna qoşulmuşdur. Tədbirdə Nifrət nitqi müxtəlif aspektlərdən (hüquq, psixologiya, dilçilik, jurnalistika və s.) müzakirə edilmişdir.

Bundan başqa layihənin Fəaliyyət planına əsasən müxtəlif vaxtlarda BMT-nin İrqi ayrıseçkiliklə bağlı müqavilə qrurumuna alternativ hesabat, BMT İnsan Hüquqları Şurasına və ATƏT-in İnsan haqları ölçüsü Konfransı üçün Azərbaycana qarşı nifrət siyasəti, Qərbi Azərbaycana qayıdış hüququ və diskmkriminasiya ilə bağlı çıxış mətnləri hazırlanıb göndərilmişdir.