Yuvenal ədliyyə sahəsində tədbir keçirildi

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “Azərbaycanda Yuvenal Ədliyyə Sistemində İslahatlara Vətəndaş Cəmiyyətinin Dəstəyi” təşəbbüsünün tərki hissəsi olaraq, avqust ayının 22-də Qeyri Hökümət Təşkilatlarının iştirakı ilə “World Business Center”-in konfrans zalında “Baxımsız və hüquq pozuntusu törədən uşaqların  hüquqlarının müdafiəsi” mövzusunda dəyirmi masa müzakirəsi keçirildi.

Layihənin eksperti Fariz Əkbərov mövzu ilə bağlı təqdimat edərək, tədbir iştirakçılarına ətraflı məlumat verdi. Təqdimatdan sonra tədbir iştirakçıları mövzu ətrafinda müzakirələr apararaq, mövzu ilə bağlı öz fikirlərini bölüşdülər və sonda təkliflərini bildirdilər.