Azərbaycan Prezidenti İlham Əliyev və BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahid arasında telefon danışığı olub.
Bu barədə BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid özünün “Twitter” hesabında məlumat verib.
“Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı telefon söhbətimiz oldu”, – Abdulla Şahid vurğulayıb.
O, telefon danışığı zamanı Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu və COVID-19 peyvəndlərinin ədalətli bölgüsü ilə bağlı təşəbbüslərini və Baş Assambleyada, BMT İnsan Haqları Şurasında universal peyvəndləmə ilə bağlı qətnamələrini yüksək qiymətləndirib və təşəkkürünü ifadə edib.
ShushaNews