Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik nifrət və ayrıseçkilik siyasəti haqqında videomüraciət BMT-nin İnsan Hüquqları Şurası sessiyasında yayımlandı

BMT-nin İnsan Hüquqları Şurasının İsveçrənin Cenevrə şəhərində keçirilən 57-cü sessiyasında Azərbaycan Milli QHT Forumun İdarə Heyətinin sədir, BMT-nin ECOSOC statuslu “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin dünyada irqi ayrıseçkilik hallarının müzakirəsinə həsr olunmuş Plenar Sessiyada debatlar zamanı videomüraciət formatında çıxışı yayımlanmışdır.

Ramil İskəndərli müraciətdə azərbaycanlıların Ermənistan tərəfindən etnik ayrıseçkiliyə məruz qaldıqlarına toxunaraq aşağıdakıları qeyd etmişdir:

  • “Diqqətinizi bu assambleyanın sadiq olduğu bərabərlik və insan ləyaqətinin fundamental prinsiplərini təhdid edən bir məsələyə, Ermənistanda azərbaycanlılara qarşı davam edən irqçilik və ksenofobiya cəlb etmək istərdim.

Onilliklər ərzində azərbaycanlılar sırf etnik kimliklərinə görə ayrı-seçkiliyə, nifrətə və zorakılığa məruz qalıblar. Azərbaycanlılar əvvəllər Ermənistanda ən böyük etnik azlıq olsa da, hazırda Ermənistan ərazisində azərbaycanlı yaşamır.

Ksenofobiya ayrı-ayrı şəxslərə zərər vurmaqla yanaşı, həm də xalqlarımız arasında inamsızlıq və düşmənçilik toxumu səpir, regionda sülh və barışıq səylərinə mane olur.

Ayrı-seçkiliyin bütün formalarına qarşı vahid mövqe tutulmalı, anlaşma və əməkdaşlıq körpüləri qurmağa çalışmalıyıq. Gəlin birlikdə tolerantlıq, inklüzivlik və ədalət kimi ümumi dəyərlərimizi bir daha təsdiq edək ki, gələcək nəsillər nifrət və ayrıseçkilikdən uzaq yaşasınlar.”