Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün keçiriləcək seçkidə iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı başa çatmışdır. 26 yanvar 2021-ci il tarixindən 09 fevral 2021-ci il tarixinədək müraciət edən 98 vətəndaş cəmiyyəti institutu qeydiyyata alınmışdır.
Xatırladaq ki, Dövlət Komitəsi yanında İctimai Şuraya seçki ilə bağlı səsvermə 19 fevral 2021-ci il tarixində saat 10:00-dan – 15.00-dək Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük akt zalında (Üzeyir Hacıbəyli, 68) keçiriləcək.
Qeyd edək ki, seçkidə iştirak etmək üçün müraciət edən 21 nəfərin namizədliyi təsdiq edilib.
1. Sahib Məmmədov – “Vətəndaşların əmək hüquqlarını müdafiəsi liqası”
2. Fərhad Abdulov – “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi
3. Nübar Nizamova – İctimai fəal vətəndaş
4. Əntiqə Qurbanova – “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəm iyyəti İctimai Birliyi
5. Lyudmila Xəlilova – “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi
6. Mehriban Zeynalova – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi
7. Fariz Əkbərov – “Azərbaycan Uşaqları” İctimai Birliyi
8. Nailə İsmayılova – “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi
9. Afaq Əhmədova – Beynəlxalq Sülh Araşdırmalar və İnkişaf İnstitutu
10. Vəfa Abbasova – “Azərbaycan Qadınları Respublika Cəmiyyəti”
11. Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondu
12. Rahilə Mehtiyeva -“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi
13. Fərid Məlikov – “İqtisadi və Sosial Təşəbbüslərdə Tərəfdaşlıq” İctimai Birliyi
14. Fəridə Vəliyeva – “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyi
15. Kəmalə Aşumova – Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi
16. Qəmzə Yusubova – Ekoloji Maarifcilik və Monitoring İctimai Birliyi
17. Zərif Mehtiyeva – İlham Əliyevin Könüllüləri İctimai hərəkatının məsul şəxsi
18. Məmmədhəsən Həsənov – “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyi
19. Elnarə Məhərrəmova – “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İB
20. Hafiz Həsənov – “Hüquq və inkişaf” İctimai Birliyi
21. Mirəli Hüseynov – “Demokratiyanı Öyrənmə” İctimai Birliyi