VİDEO: “Liderliyin sirləri” kitabının təqdimat mərasimi keçirilmişdir – FOTO/VIDEO
28 yanvar 2017-ci il tarixdə Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil Iskəndərlinin müəllifliyi ilə “LİDERLİYİN SİRLƏRİ” kitabının Park İnn otelində təqdimat mərasimi keçirilmişdir.
Kitab lider olmaq və lider kimi qalmaq istəyən bütün şəxslər üçün nəzərdə tutulub. Kitabda liderliyin nəzəri və təcrübi məsələləri, liderliyin real alətlərindən bəhz olunur.
Kitabda aşağıdakı məsələlər öz əksini tapır:
– Liderlik anlayışı, liderlik nə deməkdir, liderliyin xüsusiyyətləri və liderlik üslubları.
– Liderlik haqqında miflər
– Qeyri-formal liderlər və “boz kardinallar”.
– Liderlikdə uğur qazanmanın yolları
– Liderlik bacarıqlarının aşkar edilməsi üçün praktik testlər
– Valideynlər üçün: Uşaqlarda liderlik bacarıqları
Tədbirdə müəllif tərəfindən kitabın ümumi təqdimatı, mütəxəssislərin çıxışı və şirniyyat/çay masası ətrafında ümumi fikir mübadiləsi keçirilmişdir. Kitab tədbir iştirakçıları arasında müəllif imzası ilə pulsuz paylanılmışdır.
Müəllif haqqında
Mərkəzi Avrasiya Liderlik Akademiyasının (CELA) məzunu olan Ramil İskəndərli Almaniyanın Frankfurt Oder şəhərində yerləşən Viadrina Avropa Universitetinin hüquq fakultəsində Beynəlxalq insan hüquqları və humanitar hüquq üzrə magistr dərəcəsinə yiyələnmişdir. 2005-i ildə Böyük Britaniyanın post-sovet məkanı ölkələrindən gənc liderlərin iştirakı ilə keçirilən məhşur Con Smit Təqaüd Proqramında iştirak etmişdir. Həmin ildə ABŞ Dövlət Departamentinin dəvəti ilə Beynəlxalq Liderlər Proqramında Azərbaycanın təmsilçisi olaraq iştirak etmiş və proqram çərçivəsində ABŞ-ın 5 ştatında gənc liderlərlə təcrübə mübadiləsində iştirak etmişdir. 2008-ci ilin may ayından 2010-cu ilin may ayınadək beynəlxalq statuslu Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri vəzifəsində çalışmışdır. 2012-ci ilin avqust ayından Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin təsisçisi və hal-hazırda bu təşkilatın İdarə Heyətinin sədridir. UNİCEF Azərbaycan nümayəndəliyi üçün Yuvenal Ədliyyə məsələləri üzrə milli konsultant xidməti göstərməkdədir.