Kapadokiya Kiçik Asiyanın şərqində, indiki Türkiyə ərazisində yerləşən qədim əntiq dövrlərdən indiyədək öz adını qoruyub saxlamış bir ərazidir. Yunan dilindən tərcümədə “Gözəl atlar diyarı” anlamını daşıyır. UNESCO Dünya İrsi siyahısına daxil olan Görəmə Milli Parkı və Yeraltı Şəhər Kappadokiyanı məhşur edən ərazilərdir. Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən bu ərazinin tarixi eramızdan əvvəlki dövrədn etibarən başlayır. İlkin xristianlığın yayıldığı ərazilərdən biridir.
Kapadokiya çox özünəməxsus bir təbiətə və geologiyaya məxsusdur. Burada tarix boyu baş vermiş vulkanlar və eroziyalar nəticəsində “daş göbəkələr” və ya türkcə “Pəri bacaları” əmələ gəlmişdir ki, bu da Kapadokiya digərlər ərazilərdən xüsusi olaraq fərqləndirir.
Bu günlərdə Kapadokiaya səhayət etdim. Yeri gəlmişkən, həmin əraziyə ən yaxın yerləşən və hava limanı olan şəhər Nevşehirdir. Bakıdan İstanbula və oradan da Nevşehirə uçmaq həm rahat, həm də ucuzdur. Mən Kapadokiyanın mərkəzi sayılan Görəmə qəsəbəsində qalırdım və oradan Ürgüp, Kaymaklı, Avanos və digər Kapadokiya ərazilərinə səfərlər edirdim.
Maraqlıdır ki, Kapadokiyada nə Rusya, nə Azərbaycan, nə də digər qonşu Keçmiş Sovet respublikalarından heç kimə rast gəlmədim.
İndiyədək 36 ölkə gəzsəm də, bu dəfə səfər o qədər maraqlı oldu ki, ilk dəfə qərara gəldim ki, video çəkilişlər edim və bloq yazısı yazım. Videolar aşağıdakılardır:
Salkım Təpəsi: https://www.youtube.com/watch?v=EAq0nZVpzTw
Kaymaklı Yeraltı Şəhər 1: https://www.youtube.com/watch?v=C8c1XDuXPbk
Ürgüp Təmənni Təpəsi 2: https://www.youtube.com/watch?v=-ASEgvyLLOc
Ürgüp Təmənni Təpəsi 1: https://www.youtube.com/watch?v=60ePjGVVuD8
Ürgüp Təmənni Təpəsi 3: https://www.youtube.com/watch?v=6gS8dXQy7ao
Kaymaklı Yeraltı Şəhər 2: https://www.youtube.com/watch?v=zYEd3vMVOOg
Kaymakli Kilse https://www.youtube.com/watch?v=Er2NkfJIBM4
Kaymaklı Yeraltı Anbar: https://www.youtube.com/watch?v=LcdRYT_aMzU
Flight balloons and horse riding in Cappadocia: https://www.youtube.com/watch?v=5BqbyZGRPbs
Goreme view, Cappadocia: https://www.youtube.com/watch?v=fLxvab7cEto
Goreme Open Air Museum – Inside the Cave1: https://www.youtube.com/watch?v=t20LedEggGY
Goreme Open Air Museum – Inside the Cave2: https://www.youtube.com/watch?v=KjXHkdoOfY0
Korkundere valley, Cappadocia: https://www.youtube.com/watch?v=MGHbJ_PpyFg